Rusiyadan Ermənistana səfər edənlərin sayı kəskin azalıb

Rusiyadan Ermənistana səfər edənlərin sayı kəskin azalıb Ermənistanın dövlət orqanlarının rəsmi statistikasına əsasən 2020-ci ildə ölkəyə təxminən 1,5 milyon nəfər turist gəlib.
Region
161
31 Avqust , 2021 06:47
Rusiyadan Ermənistana səfər edənlərin sayı kəskin azalıb

Ermənistanın dövlət orqanlarının rəsmi statistikasına əsasən, 2020-ci ildə ölkəyə təxminən 1,5 milyon nəfər turist gəlib.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, bu, 2019-cu illə müqayisədə 80,2 % azdır.

Ermənistanın turizm sferasında böhran bu il də davam edir. Məlumata görə, 2021-ci ilin yanvar-iyununda Ermənistana 239 263 turist səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,2 % və ya 68 327 nəfər azdır.

“Bu ilin birinci altı ayı ərzində Rusiyadan turistlərin sayı kəskin azalıb. Cari ilin yanvar-iyununda Rusiyadan Ermənistana 93 537 nəfər turist gəlib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22,8 % azdır”, - agentlik vurğulayıb.

“Bütovlükdə rəsmi statistika onu göstərir ki, Ermənistanın turizm sferasının bərpası bir neçə il vaxt apara bilər”, - mətbu orqan qeyd edib.

Son xəbərlər

Orphus sistemi