Rusiyanın Moskva vilayətinin Ximka şəhərində 9 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölən və yaralananların sayı artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.
Partlayışda ölənlərin sayı 3-ə, yaralananların sayı 4-ə çatıb.
Hadisə yerinə 21 tibbi briqada, yanğınsöndürənlər və sanitar aviasiya cəlb edilib.
Partlayışla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Rusiyanın Moskva vilayətinin Ximka şəhərində çoxmənzilli 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, biri uşaq olmaqla 3 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Məlumata görə, hadisə yerinə operativ əməliyyat xidməti göndərilib.Dağıntıların altında 12 yaşlı oğlan sağ xilas edilib. Partlayışdan sonra baş verən yanğın söndürülüb.
Hadisənin təbii qaz sızmasından baş verdiyi bildirilib.