Rusiya Səhiyyə Nazirliyi tibb universitetlərinin tələbələrinə tibb müəssisələrində, o cümlədən təcili yardım stansiyalarında işləməyə icazə verən əmri müddətsiz edib
“Report”
“Müalicə işi”, “Pediatriya” və ya “Stomatologiya” ixtisasları üzrə dördüncü kursu bitirən tibb tələbələri həkimin nəzarəti altında təcili yardımda feldşer vəzifələrini yerinə yetirə bilərlər. Əmrə izahedici qeyddə bildirilir ki, bu qərar səhiyyə sahəsində kadr çatışmazlığı ilə mübarizədə mühüm addımdır.
Portal vurğulayıb ki, indi “təhsilini başa vurmamış tibb universiteti tələbələrinin orta tibb və ya əczaçılıq təhsili olan mütəxəssis vəzifələrində işləməsinə icazə müddətsiz olacaq”.