Rusiyada sərnişin avtobusu aşıb, ölənlər və xəsarət alanlar var

Rusiyada sərnişin avtobusu aşıb, ölənlər və xəsarət alanlar var Rusiyada Moskva-Volqoqrad reysi ilə sərnişin daşıyan avtobus Ryazan vilayətində aşıb.
Region
25 Dekabr , 2020 08:07
Rusiyada sərnişin avtobusu aşıb, ölənlər və xəsarət alanlar var
0 : 00
0 : 00

Rusiyada Moskva-Volqoqrad reysi ilə sərnişin daşıyan avtobus Ryazan vilayətində aşıb.

“Report” xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 4-ü ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, xəsarət alanlardan 3-ü uşaqlardır. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır. Onlar reanimasiyaya yerləşdiriliblər. Ağır vəziyyətdə olan yaralılar arasında 10 yaşlı uşaq da var.

Son xəbərlər

Orphus sistemi