Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artıb, saxlanılanlar var

Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artıb, saxlanılanlar var Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb.
Region
8 Oktyabr , 2021 08:40
Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artıb, saxlanılanlar var

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 14 nəfərə çatıb, daha 8 nəfər xəstəxanada müalicə alır.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.

Vilayətin İstintaq Komitəsi bəyan edib ki, hadisə ilə bağlı artıq üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

2021-10-07 21:26

Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

“Report” xəbər verir ki, hadisə Orenburq vilayətində qeydə alınıb.

Spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən dörd nəfərin vəziyyəti isə ağırdır.

Vilayət qubernatoru Denis Paslerin mətbuat xidməti bildirib ki, surroqat spirtdən (Odekolon – Red) hazırlanan içki fərqli qablarda və fərqli yerlərdə satılıb. Vətəndaşlara aksiz markası olmayan spirtli içkiləri almamaq tövsiyyə edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi