Rusiyada prezident seçkilərində səsvermənin rəsmi nəticələri açıqlanıb

Rusiyada prezident seçkilərində səsvermənin rəsmi nəticələri açıqlanıb Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində səsvermənin rəsmi nəticələrini açıqlayıb.
Region
21 Mart , 2024 14:03
Rusiyada prezident seçkilərində səsvermənin rəsmi nəticələri açıqlanıb

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində səsvermənin rəsmi nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, yekun nəticələrə əsasən, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin səslərin 87,28 faizini toplayıb.

Digər namizədlər Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutski isə 3,20 faiz səs toplayıb.

Prezident seçkilərində seçici fəallığı 77,49 faiz olub.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib.

Son xəbərlər

Orphus sistemi