Rusiyada polisə miqrantların evlərinə maneəsiz daxil olmaq hüququ veriləcək

Rusiyada polisə miqrantların evlərinə maneəsiz daxil olmaq hüququ veriləcək Rusiyada polis əməkdaşları deportasiya rejiminə düşən miqrantlar üzərində dövlət nəzarəti çərçivəsində belə əcnəbilərin faktiki yaşadığı mənzil və digər yerlərə maneəsiz daxil olmaq hüququ əldə edəcəklər.
Region
2 Yanvar , 2025 08:44
Rusiyada polisə miqrantların evlərinə maneəsiz daxil olmaq hüququ veriləcək

Rusiyada polis əməkdaşları deportasiya rejiminə düşən miqrantlar üzərində dövlət nəzarəti çərçivəsində belə əcnəbilərin faktiki yaşadığı mənzil və digər yerlərə maneəsiz daxil olmaq hüququ əldə edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda təsbit edilib.

Həmçinin polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb edə, həmçinin banklardan deportasiya rejimində olan əcnəbinin bank hesablarının mövcudluğu və nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat ala biləcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşları martın 5-dən etibarən bu rejimdə olan əcnəbi vətəndaşlar üzərində texniki vasitələrdən istifadə etməklə müşahidə apara biləcəklər. Bu norma həmçinin belə əcnəbilərə “Rusiya ərazisində qalmaqda yardım edən” fiziki və hüquqi şəxslərə də aiddir.

Polis mobil cihazların və geolokasiya məlumatlarından, ödəniş sistemlərindən, üztanıma sistemində işləyən məlumatlardan istifadə etmək hüququna malik olacaq.

Son xəbərlər

Orphus sistemi