Rusiyada pandemiya qurbanlarının sayı 70 mini ötdü

Rusiyada pandemiya qurbanlarının sayı 70 mini ötdü Rusiyada son bir gündə daha 18 241 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
26 Yanvar , 2021 12:12
Rusiyada pandemiya qurbanlarının sayı 70 mini ötdü

Rusiyada son bir gündə daha 18 241 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 756 931 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 564 nəfər artaraq 70 482-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 174 561 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi