Rusiyada pandemiya qurbanlarının sayı 3 000-i ötdü

Rusiyada pandemiya qurbanlarının sayı 3 000-i ötdü Rusiyada son bir gündə daha 8 849 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
21 May , 2020 11:37
Rusiyada pandemiya qurbanlarının sayı 3 000-i ötdü
0 : 00
0 : 00

Rusiyada son bir gündə daha 8 849 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 317 554 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 127 nəfər artaraq 3 099-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 92 681 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 913.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 329 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi