Rusiyada koronavirusdan sağalanların sayı 9 milyonu ötüb

Rusiyada koronavirusdan sağalanların sayı 9 milyonu ötüb Rusiyada son bir gündə daha 27 022 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
20 Dekabr , 2021 12:32
Rusiyada koronavirusdan sağalanların sayı 9 milyonu ötüb

Rusiyada son bir gündə daha 27 022 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 241 812 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 019 nəfər artaraq 298 222-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 014 980 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi