Rusiyada hərbi poliqonda partlayış baş verib, xəsarət alanlar var

Region
  • 07 iyun, 2018
  • 14:18
Rusiyada hərbi poliqonda partlayış baş verib, xəsarət alanlar var

Bakı. 7 iyun. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətinin Kinqiseppsk rayonunda hərbi poliqonda partlayış baş verib, xəsarət alanlar var.  

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kinqiseppsk rayonunun Administrasiyasından bildiriblər. 

"Partlayış Müdafiə Nazirliyinin poliqonunda baş verib, xəsarət alanlar var", - məlumatda deyilir.

Qeyd edək ki, bu poliqonda II Dünya müharibəsi dövründən qalmış sursatlar məhv edilir.