Rusiyada beşi uşaq olmaqla yeddi nəfər yanaraq ölüb

Rusiyada beşi uşaq olmaqla yeddi nəfər yanaraq ölüb Rusiyanın Başqırdıstan respublikasının Sterlitamak rayonunda baş verən yanğında beşi uşaq olmaqla yeddi nəfər ölüb.
Region
18 Noyabr , 2022 08:50
Rusiyada beşi uşaq olmaqla yeddi nəfər yanaraq ölüb

Rusiyanın Başqırdıstan respublikasının Sterlitamak rayonunda baş verən yanğında beşi uşaq olmaqla yeddi nəfər ölüb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, Matveevka kəndindəki kərpicdən tikilmiş yarımtikili evdə yanğın olub. Ümumi sahəsi 56 kv.m olan mənzildə baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinin kəşfiyyatı zamanı iki böyük və beş uşağın cəsədi aşkarlanıb.

Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi