Rusiyada avtomobil minaya düşüb, xəsarət alanlar var

Rusiyada avtomobil minaya düşüb, xəsarət alanlar var Rusiyanın Belqorod vilayətinin Krasnoyarujsk rayonunda avtomobilin minaya düşməsi nəticəsində 3 nəfər yaralanıb.
Region
13 Dekabr , 2023 16:55
Rusiyada avtomobil minaya düşüb, xəsarət alanlar var

Rusiyanın Belqorod vilayətinin Krasnoyarujsk rayonunda avtomobilin minaya düşməsi nəticəsində 3 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, Vısoki kəndi ərazisində mülki şəxslərin olduğu avtomobil minaya düşüb, üç nəfər xəsarət alıb: “Onlardan birinin aşağı ətrafları qismən amputasiya edilib, ikincisi qapalı kəllə-beyin travması alıb”.

Bildirilib ki, xəsarət alan üçüncü şəxsə isə beyini silkələnməsi diaqnozu qoyulub.

Qeyd edək ki, bu vilayət Rusiyanın ilhaq etdiyi Ukraynanın Xarkov bölgəsi ilə sərhəddə yerləşir.

Son xəbərlər

Orphus sistemi