Rusiyada avtobus qəzası nəticəsində 15 nəfər xəsarət alıb

Rusiyada avtobus qəzası nəticəsində 15 nəfər xəsarət alıb Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonunda avtobus “KamAZ”la toqquşub.
Region
3 Aprel , 2024 00:31
Rusiyada avtobus qəzası nəticəsində 15 nəfər xəsarət alıb

Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonunda avtobus “KamAZ”la toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb, ölən yoxdur.

"Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Beş nəfər Petuşinski rayon Xəstəxanasına yerləşdirilib: 4 nəfərin vəziyyəti orta-ağırdır, digər yaralı isə reanimasiyada, vəziyyəti ağırdır. Ölən yoxdur”, - məlumatda bildirilir.

Qeyd edilir ki, 10 yaralının bədəninin müxtəlif nahiyələrində əzilmiş xəsarətlər var. Onlar müayinə olunaraq evə göndəriliblər.

Son xəbərlər

Orphus sistemi