Rusiyanın Tver vilayətində silahlı insident zamanı ölənlərin sayı 9 nəfərə çatıb - VİDEO - YENİLƏNİB
- 04 iyun, 2017
- 08:20
Bakı. 4 iyun. REPORT.AZ/ Rusiyanın Tver vilayətində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatında bildirilir.
"Yığıncaq zamanı qonaqlar arasında məişət zəminində münaqişə baş verib, ardınca şübhəli şəxs çıxıb gedib, sonra ov tüfəngi ilə geri qayıdan şəxs bir neçə dəfə atəş açıb. Nəticədə ilkin olaraq 9 nəfər ölüb", - deyə məlumatda bildirilir.
***10:33
Rusiyanın Tver vilayətində naməlum şəxs 8 nəfəri güllələyərək öldürüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya Federasiyası İstintaq Komitəsinin Tver vilayəti üzrə istintaq orqanları tərəfindən 8 nəfər – 2 qadın və 5 kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb", — deyə Petrenko bildirib.
Kütləvi qırğın Konakovski rayonunun Redkino qəsəbəsində, "50 let Oktyabrya" bağçılıq cəmiyyətində keçirilən tədbirlərdən birində məişət münaqişəsi zəminində qeydə alınıb. Münaqişə iştirakçılarından biri evindən silah gətirərək mübahisə etdiyi şəxsləri və şahidləri güllələyib.
Hazırda hücum edən şəxs saxlanılıb, yaxın vaxtlarda onunla istintaq hərəkətləri aparılacaq.