Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib

Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası, eləcə də xilasetmə qrupları göndərib.
Region
7 Fevral , 2023 05:49
Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası, eləcə də xilasetmə qrupları göndərib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyənin bir çox vilayətində can və mal itkisi ilə nəticələnən Kahramanmaraş mərkəzli zəlzələdən sonra Rusiyadan Türkiyəyə dəstək qruplarının göndərilməsi davam edir. Rusiya Fövqəladə Hallar Nazirliyi ötən gün gündüz saatlarında göndərilən axtarış-xilasetmə qruplarına əlavə olaraq axşam saatlarında yeni qrupların yola düşdüyünü açıqlayıb.

Nazirlik həmçinin zəlzələ bölgələrində yaradılacaq səhra xəstəxanasının göndərildiyini açıqlayıb: "Türkiyəyə fəlakət bölgəsində birbaşa zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün hava yolu ilə daşına bilən səhra xəstəxanası göndərilib. 40-dan çox xəstəxanada çalışan mütəxəssislər ixtisaslı tibbi yardım göstərəcəklər”.

Rusiya Fövqəladə Hallar Nazirliyi də hava limanlarından Türkiyəyə göndərilən qrupların və təyyarələrlə yardım paketlərinin göndərilməsinin görüntülərini yayıb. Nazirlik humanitar yardım materiallarının, eləcə də xilasetmə qruplarının Türkiyə ilə yanaşı Suriyaya da göndərildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi