Rusiya XİN: "Sergey Lavrov və Hakan Fidan sabah Cənubi Qafqazı müzakirə edəcək"
Region
- 30 avqust, 2023
- 09:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan sabah, avqustun 31-də Cənubi Qafqaz və Ukraynanı müzakirə edəcəklər.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla regional məsələləri müzakirə edəcəklər.
M.Zaxarova həmçinin bildirib ki, nazirlər energetika sahəsində əməkdaşlığı da müzakirə edəcək, eyni zamanda ölkə liderlərinin ikitərəfli təmaslarının qrafikini hazırlayacaqlar.
Qeyd edək ki, H.Fidan sabah Rusiyaya gedəcək. Bu onun nazir təyin olunandan sonra Rusiyaya ilk səfəri olacaq.
Son xəbərlər
22:30
Foto
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Fərdi
22:29
Cey Kleyton Ağ Evin kibertəhlükəsizlik idarəsinə müvəqqəti rəhbərlik edəcək
Digər ölkələr
22:08
Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib
Xarici siyasət
21:53
"Flydubai" dekabrın əvvəlində İsrailə reysləri bərpa edəcək
Digər ölkələr
21:39
Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib
Futbol
21:27
Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb
Region
21:19
Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb
Digər ölkələr
20:55
Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək
Digər ölkələr
20:47
Foto
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Daxili siyasət