Rusiya XİN: NATO ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyini təhdid edə bilər

Rusiya XİN: NATO ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyini təhdid edə bilər Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüflənir.
Region
11 İyul , 2024 09:52
Rusiya XİN: NATO ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyini təhdid edə bilər

Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından son dərəcə təəssüflənir.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Təhlükəsizlik sahəsindən danışarkən vurğulamaq istəyirəm ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan Vaşinqtonda keçirilən bu hərbi-siyasi blokun sammitində iştirakdan başqa, NATO standartlarının həyata keçirilməsi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı fəaliyyəti artırmağa üstünlük verir.

M.Qaluzin əlavə edib ki, İrəvan məqsədləri Rusiyanın “strateji məğlubiyyəti” olan ölkələrlə belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə, əslində, əlləri ilə öz təhlükəsizliyinə də zidd olaraq Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə gərginləşdirmək riskini daşıyır.

“Düşünürəm ki, Ermənistanda bilikli mütəxəssislər və siyasətçilər belə ehtiyatsız addımların mümkün nəticələrini başa düşürlər”.

Son xəbərlər

Orphus sistemi