Rusiya XİN başçısı: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti gələn il keçiriləcək”

Rusiya XİN başçısı: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti gələn il keçiriləcək” Sergey Lavrov: “Qazaxıstan 5-ci növbəti Xəzər sammitində iştirak edəcək”
Region
6 Oktyabr , 2017 11:43
Rusiya XİN başçısı: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti gələn il keçiriləcək”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report/ Firi Salim

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Rusiya hesab edir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Zirvə toplantısı gələn il keçirilə bilər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abdraxmanovla Astanaya səfərinin yekununa həsr edilmiş mətbuat konfransında bildirib.

“Qazaxıstan 5-ci növbəti Xəzər sammitində iştirak edəcək. Bunun keçirilməsi vaxtı və yeri dövlət başçılarının razılaşdırmasından asılıdır. Biz onun gələn il keçiriləcəyinə ümid edirik”, - S.Lavrov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi