Rusiya və İran Təhlükəsizlik şuralarının katibləri görüşüb

Rusiya və İran Təhlükəsizlik şuralarının katibləri görüşüb Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında görüş olub.
Region
11 Noyabr , 2021 11:11
Rusiya və İran Təhlükəsizlik şuralarının katibləri görüşüb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani arasında görüş olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin bildirib.

Onun sözlərinə görə, katiblər Rusiya və İran arasında təhlükəsizlk sahəsində əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Bildirilib ki, görüş noyabrın 11-də Hindistanın Nyu-Dehli şəhərində “Əfqanıstanda regional təhlükəsizlik üzrə Dehli dialoqu” konfransı çərçivəsində keçirilib.

Qeyd edək ki, toplantıda İran və Rusiya ilə yanaşı, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistanın Təhlükəsizlik şuralarının nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi