Rusiya və İran PKK/YPG-yə dəstək verən ölkələri qınayıb

Rusiya və İran PKK/YPG-yə dəstək verən ölkələri qınayıb Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub.
Region
21 İyun , 2023 18:03
Rusiya və İran PKK/YPG-yə dəstək verən ölkələri qınayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub. İran, Rusiya və Türkiyə nümayəndələrinin Suriya üzrə 20-ci beynəlxalq görüşünün yekunlarına dair birgə bəyanatda Suriyanın şimal-şərqində terrorçu birləşmələrə (PKK/YPG) dəstək verən ölkələrin qeyri-qanuni fəaliyyətləri pislənilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, regionda davamlı təhlükəsizlik və sabitlik yalnız ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında əldə edilə bilər.

Suriya üzrə Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İran Suriya - Türkiyə münasibətlərinin normallaşdırılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi