Rusiya Ukraynaya cəbhənin ayrı-ayrı hissələrində iki-üç günlük atəşkəs təklif edib

Region
  • 02 iyun, 2025
  • 18:59
Rusiya Ukraynaya cəbhənin ayrı-ayrı hissələrində iki-üç günlük atəşkəs təklif edib

Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində iki-üç günlük atəşkəs təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri - prezidentin köməkçisi Vladimir Medinski bildirib.

“Bizim tərəfimizdən irəli sürülmüş son təklif - Ukrayna tərəfi kifayət qədər ümumi ifadələrlə tez-tez atəşkəs zərurətindən danışdığına görə, biz konkret atəşkəs təklif etdik: cəbhənin ayrı-ayrı hissələrində iki-üç günlük”, - o deyib.

Medinskinin sözlərinə görə, bu, komandirlərin əsgərlərinin cəsədlərini götürməsi üçün edilir.

“Bunu indi bizim hərbi mütəxəssislərimiz Ukrayna mütəxəssisləri ilə birlikdə işləyəcək”, - o vurğulayıb.

44 filmi