Rusiya Türkiyəyə S-400 raketlərinin tədarükü üzrə müqavilənin icrasına 2020-ci ilin əvvəlində başlayacaq

Region
  • 12 mart, 2018
  • 08:15
Rusiya Türkiyəyə S-400 raketlərinin tədarükü üzrə müqavilənin icrasına 2020-ci ilin əvvəlində başlayacaq
Сергей Мальгавко/ТАСС

Bakı. 12 mart. REPORT.AZ/ Rusiya "S-400" raket komplekslərinin Türkiyəyə tədarükü üzrə müqavilənin icrasına 2020-ci ilin əvvəlində başlayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalına müsahibəsində Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bildirib.

"Türkiyə tərəfi "S-400" təchizatı üzrə müqavilə şərtlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsini istəyib. Burada optimal variant tapdıq, güzəştə getdik. Müqavilənin icrasına hardasa 2020-ci ilin əvvəlində başlayacağıq", - V.Kojin deyib.

44 filmi