Rusiya Türkiyədə “Akkuyu” AES-in tikintisinə təxminən 24 milyard dollar sərmayə qoyacaq

Rusiya Türkiyədə “Akkuyu” AES-in tikintisinə təxminən 24 milyard dollar sərmayə qoyacaq Türkiyədə “Akkuyu” AES-in tikintisinə Rusiya investisiyalarının ümumi həcmi təxminən 23-24 milyard dollar təşkil edəcək.
Region
9 Sentyabr , 2023 05:50
Rusiya Türkiyədə “Akkuyu” AES-in tikintisinə təxminən 24 milyard dollar sərmayə qoyacaq

Türkiyədə “Akkuyu” AES-in tikintisinə Rusiya investisiyalarının ümumi həcmi təxminən 23-24 milyard dollar təşkil edəcək.

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Sarovda gənc alimlərlə görüşündə “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov deyib.

“Misirdə biz layihəni demək olar ki, tamamilə maliyyələşdiririk. Bu, 25 milyard dollara başa gəlir”-deyən Putin Lixaçova sual ünvanlayaraq vurğulayıb: “Türkiyədə 17 milyard dollardır?”.

Lixaçov cavabında isə bildirib: “Xeyr, Türkiyədə 23-24 milyard dollar olacaq”.

Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.

Son xəbərlər

Orphus sistemi