Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması tələb olunur

Region
  • 07 dekabr, 2017
  • 10:53
Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması tələb olunur

Bakı. 7 dekabr. REPORT.AZ/ “Biz Rusiya telekanallarının Ermənistan ərazisində yayımının qadağan olunmasını istəyirik”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu bəyanatla “Ermənistan dövləti naminə cəbhə” çıxış edib.

Bəyanatda bildirilib ki, Rusiya telekanalları Ermənistan Konstitusiyasını aşağılayır. “Cəbhə” “RTR-Planeta”, “Pervıy kanal” və “Mir” telekanllarının Ermənistanda yayımı ilə bağlı lisenziyanın ləğvini tələb edib: “Həmin səbəbdən NTV, “Zvezda”, “RenTV” və kabellə yayımlanan Rusiyanın bütün telekanallarının lisenziyasının fəaliyyətinin dayandırılmasını tələb edirik”.