Bakı. 27 sentyabr. REPORT.AZ/ Udmurtiyanın Kizner qəsəbəsində Rusiyanın silah arsenalından sonuncu kimyəvi sursat məhv edilib.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu Udmurtiyanın Kizner qəsəbəsi ilə keçirilən telekörpüdə elan edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bunları deyib: "Prezident Vladimir Putin Udmurtiyanın Kizner qəsəbəsi ilə telekörpü keçirəcək. Bu tədbir Rusiyanın silah arsenalından sonuncu kimyəvi sursatın məhv edilməsinə həsr olunacaq. Ölkəmiz kimyəvi silahların qadağan olunması və tamamilə ləğvi haqqında beynəlxalq öhdəliyi faktiki olaraq yerinə yetirir. Rusiya sonuncu kimyəvi silahını ləğv etməklə bu sahədə öhdəliyə tamamilə əməl etmiş olacaq”.