Rusiya qoşunları Xarkovun mərkəzinə giriblər
Region
- 27 fevral, 2022
- 05:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə giriblər.
Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.
Qeyd edilir ki, hazırda ağır döyüşlər gedir.
Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov Xarkova Rusiya qoşunlarının girişini təsdiqləyib. “Diqqət! Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”, - deyə o yazıb.
"Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir", - şəhərin meri İqor Terekov deyib.
Artıq sosial şəbəkələrdə Rusiya qoşunlarının şəhərdəki texnikasının hərəkətini əks etdirən videogörüntülər yayılıb. Hazırda küçə döyüşləri davam edir.
Son xəbərlər
17:28
İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
Digər
17:27
Azərbaycan kartof ixracından 30 milyon dollar qazanc əldə edib
Biznes
17:26
Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Region
17:25
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Digər ölkələr
17:18
Ceyranbatanda 8 şagird zəhərlənib - Yenilənib
Hadisə
17:18
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
Region
17:16
Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına əlavələr edilir
Milli Məclis
17:12
Taleh Babayev: "2026-cı ilin ən yaxşısı seçilmək hər bir minifutbolçunun arzusudur"
Futbol
17:10
Azərbaycan Zimbabvedən avokado tədarük etməyə başlayıb
ASK