Rusiya Qəzzadakı bütün vətəndaşlarını təxliyə edib
Rusiya Qəzzadakı bütün vətəndaşlarını təxliyə edibRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qəzzadan 1100 nəfəri təxliyə etdiklərini açıqlayıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qəzzadan 1100 nəfəri təxliyə etdiklərini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
M.Zaxarova bildirib ki, dekabrın 18-də Qəzza zolağından təxliyə edilən rusiyalıların son qrupu və onların fələstinli ailə üzvləri xüsusi reyslə Qahirədən Moskvaya gəliblər.
"Ümumilikdə 1100-dən çox insan Rusiyaya təxliyə edilib. Dəstəyinə görə tərəfdaşlarımıza minnətdarıq",- o əlavə edib.
#Zakharova: On December 18, the last group of Russian evacuees from the Gaza Strip & their Palestinian family members took a special @MchsRussia flight from Cairo to Moscow
A total of 1,100+ people have been evacuated to Russia