​Rusiya Nazirlər Kabineti Xəzər dənizi bioresurslarının qorunması haqqında qanunun ratifikasiya olunmasını təklif edib

​Rusiya Nazirlər Kabineti Xəzər dənizi bioresurslarının qorunması haqqında qanunun ratifikasiya olunmasını təklif edib Qanunun qəbulu Xəzər dənizində nərə balıq ovunu tənzimləyən beynəlxalq hüquqi baza yaradacaq
Region
4 İyun , 2015 11:50
​Rusiya Nazirlər Kabineti Xəzər dənizi bioresurslarının qorunması haqqında qanunun ratifikasiya olunmasını təklif edib

Bakı. 4 iyun. REPORT.AZ/ Rusiya hökuməti Dövlət Dumasına "Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında sazişin ratifikasiya edilməsi" ilə bağlı qanun layihəsinin təsdiq edilməsini təklif edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında bildirib.

"Qanun layihəsinin qəbulu Xəzər dənizində nərə balıq növlərinin ovlanmasını və digər su bioloji resurslardan istifadə qaydalarını tənzimləyən beynəlxalq hüquqi baza yaradacaq", - məlumatda bildirib.

Hazırda Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi, 23 dekabr 1992-ci ildə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin iclasında yaradılan Xəzər dənizinin Su Bioresursları üzrə idarələrarası komissiyanın protokoluna uyğun olaraq həyata keçirilir.

Bu komissiya hazırda Xəzər dənizinin su bioresurslarından istifadəsində yeganə mövcud mexanizmdir. 

Son xəbərlər

Orphus sistemi