Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir

Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı "qırmızı xətt"lə axtarışa verilib.
Region
19 İyul , 2024 10:45
Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir

Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı "qırmızı xətt"lə axtarışa verib.

“Report” xəbər verir ki, bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.

Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin "Goldman Group"un rəhbəridir.

Rusiya mediasındakı xəbərlərə əsasən yerli məhkəmələr tərəfindən şirkətə məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubl müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi