Rusiya Mərkəzi Bankı min və 5 min rubl nominalında yeni əskinasları təqdim edəcək
Region
- 25 sentyabr, 2023
- 03:18
Rusiya Bankı 2023-cü ilin oktyabrında min və 5 min rubl nominalında modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov deyib.
“Biz onu oktyabrda təqdim etməyi planlaşdırırıq. Ənənəyə uyğun olaraq, Qoznakla birgə mətbuat konfransı keçirəcəyik. Əskinaslar müasirdir - dünya tendensiyaları ruhunda”, - Belov bildirib.
Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini qeyd edib ki, yenilənmiş 100 rublla müqayisədə min və 5 min rublluq əskinaslarda daha çox təhlükəsizlik elementləri olacaq.
“Bu, ümumi prinsipdir - nominal nə qədər yüksək olsa, təhlükəsizlik kompleksi bir o qədər mürəkkəbdir”, - o vurğulayıb.
Son xəbərlər
17:36
Rahid Əmirquliyev: "6510 manatlıq cərimə I Liqa klubu üçün çox böyükdür"
Futbol17:35
Azərbaycan Metrologiya İnstitutu auditor seçir
Maliyyə17:33
Azərbaycan-Kosta Rika münasibətlərinin inkişaf perspektivləri nəzərdən keçirilib
Xarici siyasət17:32
Azərbaycan və Serbiya arasında regionda cərəyan edən proseslər müzakirə olunub
Hərbi17:28
Bu ilin yanvarında BTC ilə neft ixracı 7 % azalıb
Energetika17:26
İlham Əliyev ilə Antonio Koşta mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət17:25
"Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" auditor seçir
Maliyyə17:22
Antonio Koşta: Azərbaycan Prezidentini Brüsseldə gözləyirik
Xarici siyasət17:22