Rusiya hərbçiləri Ukraynaya humanitar yardım göstərən iki britaniyalını əsir götürüb

Rusiya hərbçiləri Ukraynaya humanitar yardım göstərən iki britaniyalını əsir götürüb Ukraynanın Zaporojye vilayətində Böyük Britaniyanın humanitar təşkilatının iki əməkdaşı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb
Region
29 Aprel , 2022 13:49
Rusiya hərbçiləri Ukraynaya humanitar yardım göstərən iki britaniyalını əsir götürüb

Ukraynanın Zaporojye vilayətində Böyük Britaniyanın humanitar təşkilatının iki əməkdaşı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

“Report” xəbər verir ki, bu barədə BBC-yə Ukraynada fəaliyyət göstərən xeyriyyə təşkilatları şəbəkəsinin həmtəsisçisi Dominik Bern məlumat verib.

D.Bernin sözlərinə görə, dünən iki britaniyalı iki uşaqlı anaya Rusiya ordusunun işğal etdiyi kəndi tərk etməyə kömək etməyə cəhd göstərib. Bu zaman Rusiya hərbçiləri britaniyalılar nəzarət-buraxılış məntəqəsində saxlayıb. Onların taleyi məlum deyil.

Könüllülərin yardımını gözləyən qadın onlardan qəribə SMS alıb və bundan sonra Rusiya hərbçiləri onun evinə soxulublar.

D.Bern bildirib ki, hərbçilər qadını Böyük Britaniya casuslarına işləməkdə ittiham ediblər.

Dominik Bern hadisə ilə bağlı Britaniya diplomatlarını xəbərdar edib, lakin onlar hələlik heç bir rəsmi açıqlama verməyiblər.

Son xəbərlər

Orphus sistemi