Rusiya Gürcüstan ilə birbaşa aviareysləri bərpa edə bilər

Rusiya Gürcüstan ilə birbaşa aviareysləri bərpa edə bilər Lazımi ilkin şərtlər formalaşarsa, Rusiya Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək və bu ölkənin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə qərar qəbul edə bilər.
Region
10 Dekabr , 2022 10:57
Rusiya Gürcüstan ilə birbaşa aviareysləri bərpa edə bilər

"Rusiya lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək və bu ölkənin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə qərar qəbul edə bilər".

“Report” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivlərinə gəlincə, lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbulunu istisna etmirik”, - diplomat bildirib.

O həmçinin bildirib ki, Gürcüstanın bu il üçün iqtisadi artım proqnozu əsasən turizm, pul köçürmələri və Rusiya ilə ticarətdən əldə edilən əhəmiyyətli gəlirlər sayəsində ikirəqəmli səviyyəyə yüksəldilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, 2019-cu il iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana hava daşımaları həyata keçirmək müvəqqəti olaraq qadağan edilib. Həmin tarixdə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin Gürcüstan aviaşirkətlərinin Rusiyaya uçuşlarının dayandırılması ilə bağlı qərarı qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi