Rusiya FTX Yeni ildə terror hücumu hazırlayan şəxsləri zərərsizləşdirib

Rusiya FTX Yeni ildə terror hücumu hazırlayan şəxsləri zərərsizləşdirib Bortnikov: "Moskva vilayətində xüsusi əməliyyat nəticəsində Orta Asiyadan olan bir qrup şəxsin fəaliyyəti dayandırılıb"
Region
12 Dekabr , 2017 11:57
Rusiya FTX Yeni ildə terror hücumu hazırlayan şəxsləri zərərsizləşdirib

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizliyi Xidməti (FTX) Moskva vilayətində Orta Asiyadan olan və Yeni ildə və seçkiqabağı kampaniya dövründə terror aktları hazırlayan bir qrup şəxsi zərərsizləşdirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin direktoru, Rusiya Milli Antiterror Komitəsinin (MAK) sədri Aleksandr Bortnikov məlumat verib.

"Terrorçulardan əldəqayırma partlayıcı qurğular, odlu silahlar və sursatlar müsadirə edilib, terror vasitələrinin hazırlanması üçün laboratoriya ləğv edilib", - A.Bortnikov MAK-ın iclasında bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə Rusiyada 18 iri terror hücumunun qarşısı alınıb, 56 gizli terror yuvasının fəaliyyətinə son qoyulub.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək, seçki kampaniyası dekabrda başlamalıdır.

Son xəbərlər

Orphus sistemi