Rusiya FTX-nin başçısı: "İŞİD rəhbərləri yeni qlobal terror şəbəkəsi yaratmağı planlaşdırırlar"

Rusiya FTX-nin başçısı: "İŞİD rəhbərləri yeni qlobal terror şəbəkəsi yaratmağı planlaşdırırlar" "Silahlılar Yaxın Şərq regionundan kənara çıxır, qeyri-sabit regionları hədəf seçir və orada yeni münaqişə ocaqları yaratmağa çalışırlar"
Region
4 Oktyabr , 2017 13:57
Rusiya FTX-nin başçısı: İŞİD rəhbərləri yeni qlobal terror şəbəkəsi yaratmağı planlaşdırırlar

Bakı. 4 oktyabr. REPORT.AZ/ "İŞİD və digər terror təşkilatlarının rəhbərləri qarşılarına yeni qlobal terror şəbəkəsi yaratmaq məqsədi qoyub."

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov FTX-ni tərəfdaşı olan xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəhbərlərinin görüşündə bildirib.

"Suriya və İraq ərazisində xəlifəlik yaratmaq arzularının puç olduğunu görən İŞİD və onunla bağlı digər beynəlxalq terrot təşkilatları yeni qlobal terror şəbəkəsinin yaradılmasını strateji vəzifə kimi qarşılarına qoyub", - A.Bortnikov vurğulayıb.

"Silahlılar məqsədli şəkildə Yaxın Şərq regionundan kənara çıxır, qeyri-sabit regionları hədəf seçir və orada yeni gərginlik və silahlı münaqişə ocaqlarının yaradılmasına çalışırlar", - FTX direktoru qeyd edib.

O, həmçinin silahlıların əsasən Əfqanıstan ərazisində intensiv hərəkət etdiyini, bununla da Mərkəzi Asiya, İran, Çin və Hindistana soxulmaq, eləcə də Rusiyaya qarşı hücumlar etmək imkanı əldə etdiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi