Rusiyanın Kamçatka diyarında “Mi-8” helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Digərlərinin axtarışı davam edir.
Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Rusiya FHN-in helikopteri göyərtəsində xilasedicilərin olduğu təpəyə çırpılan helikopterin qəzaya uğradığı yerə uçub.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri avqustun 31-də radardan itmiş “Mi-8T” helikopterinin qəzaya uğradığı əraziyə uçub. Helikopterin göyərtəsində Rusiya FHN-in 8 nəfərdən ibarət axtarış-xilasetmə qrupunun xilasediciləri var. Əlverişsiz hava şəraitində idarəetmə səhvi prioritet versiya hesab olunur. Dumanda pilot təpəni görə bilməyib və helikopter onun yamacına çırpılıb”.
Qərargah nümayəndəsi əlavə edib ki, avadanlıqların nasazlığı versiyaları da nəzərdən keçiriləcək, lakin o, hələlik əsas hesab edilmir.
Məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin.