​Rusiya - Ermənistan Hava Hücumundan Müdafiə sisteminin yaradılmasına dair sənəd imzalanacaq

​Rusiya - Ermənistan Hava Hücumundan Müdafiə sisteminin yaradılmasına dair sənəd imzalanacaq Rusiyanın Xarici İşlər Nazrilyinin iştirakı ilə ölkənin Müdafiə Nazirliyinə hazırlıq işlərinin görülməsi haqda tapşırıq verilib
Region
143
11 Noyabr , 2015 13:10
​Rusiya - Ermənistan Hava Hücumundan Müdafiə sisteminin yaradılmasına dair sənəd imzalanacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qafqazda kollektiv təhlükəsizliyin təmin edilməsi üçün ölkəsi ilə Ermənistan arasında Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqda razılıq sazişinin imzalanmasına dair tapşırıq verib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

"Qafqazda regional təhlükəsizliyi təmin etmək üçün Birləşmiş Hava Hücumundan Müdafiə Sistemin yaradılmasın dair Rusiya Federasiyası  ilə Ermənistan arasında imzalanmış razılaşma Rusiya hökuməti tərəfindən qəbul edilib", - sənəddə vurğulanıb.

Məlumata görə, Rusiyanın Xarici İşlər Nazrilyinin iştirakı ilə ölkənin Müdafiə Nazirliyinə hazırlıq işlərinin görülməsi haqda tapşırıq verilib. 

Son xəbərlər

Orphus sistemi