Rusiya Bayden və Blinkenə qarşı sanksiya tətbiq edib

Rusiya Bayden və Blinkenə qarşı sanksiya tətbiq edib Rusiya ABŞ Prezidenti Cozef Bayden və dövlət katibi Entoni Blinkenə qarşı sanksiya tətbiq edib.
Region
15 Mart , 2022 18:49
Rusiya Bayden və Blinkenə qarşı sanksiya tətbiq edib

Rusiya ABŞ rəhbərliyinin nümayəndələri və onlarla əlaqəli şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq edib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “stop siyahısı”na 13 nəfər daxildir:

ABŞ Prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley, Ağ Evin mətbuat katibi Cen Psaki, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Duleep Sinkx, Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer, ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klinton, maliyyə nazirinin birinci müavini Adeveyl Adevemo, İxrac-İdxal Bankının prezidenti və Direktorlar Şurasının sədri Reta Cozef Lyuis, prezidentin oğlu Hanter Bayden.

Bəyanata görə, bu tədbir Rusiyanın yüksək vəzifəli şəxslərinin ABŞ-a girişini qadağan edən sanksiyalara cavab olaraq atılıb.

Son xəbərlər

Orphus sistemi