Rusiya Baş nazirinin müavini: "Türkiyə S-400 komplekslərini vaxtında alacaq"

Rusiya Baş nazirinin müavini: "Türkiyə S-400 komplekslərini vaxtında alacaq" Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 tipli Triumf zenit-raket sistemlərini almaqdan imtina etmir, Rusiya isə müqavilə şərtlərini vaxtında - 2019-cu ildə yerinə yetirəcək.
Region
14 Sentyabr , 2018 09:45
Rusiya Baş nazirinin müavini: Türkiyə S-400 komplekslərini vaxtında alacaq
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 tipli "Triumf" zenit-raket sistemlərini almaqdan imtina etmir, Rusiya isə müqavilə şərtlərini vaxtında - 2019-cu ildə yerinə yetirəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

"Hesab edirəm ki, növbəti on ildə "Almaz-Antey"in (S-400 sistemlərini istehsal edir) yüklənmə ilə bağlı problemi olmayacaq. Təkcə ənənəvi tərəfdaşlarımız yox, həm də NATO ölkələri, məsələn, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, Türkiyə bu müqavilədən imtina etmir. Rəsmi Ankara müqavilədə göstərilən vaxtda - 2019-cu ildə nəzərdə tutulan bütün texnikanı əldə edəcək", - Y.Borisov deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamentindən Rusiyadan S-400 kompleksi alan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi