Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verdi
Region
- 14 mart, 2021
- 15:35
Rusiyada azərbaycanlının qətlinə görə azadlıqdan məhrum edilmiş Arman Arakelyan dünən Ermənistana təhvil verilib.
“Report”un məlumatına görə, bu barədə “News.am”a onun vəkili Artur Daşyan bildirib.
O, qeyd edib ki, bununla bağlı işlər uzun müddətdir görülürdü. Arman Arakelyanın ekstradisiyası koronavirus məhdudiyyətləri, ikinci Qarabağ müharibəsi və digər səbəblərə görə təxirə salınıb. Qatil cəzasının qalan hissəsini vətənində çəkəcək.
Cinayətkar cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib.
Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkumun oğlu və qohumları onun ekstradisiyası tələbi ilə Ermənistanın hökumət binası qarşısında aksiya keçiriblər.
Son xəbərlər
15:17
Foto
İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib
Biznes15:14
Pakistanda Heydər Əliyevin anım günü ilə bağlı görüş keçirilib
Xarici siyasət15:01
Cozef Hrabina: Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində birgə müəssisələr yarada bilər
Xarici siyasət14:58
İraqın sabiq prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olacaq
Digər ölkələr14:57
Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclis14:52
Foto
Növbəti köç Vəngli kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB
Daxili siyasət14:50
Azərbaycan 11 ayda istehsal etdiyi metanolun həcmini açıqlayıb
Energetika14:45
Zelenskinin Polşa prezidenti ilə görüşü baş tuta bilər
Digər ölkələr14:42