Rusiyanın Rostov vilayətindəki Millerovo rayonuna dron hücumu olub.
“Report” xəbər verir ki, bu barədə regionun qubernator əvəzi Yuri Slüsar
“Axşam saat doqquzdan Rostov vilayətində HHM qüvvələri və vasitələri düşmənin hava hücumunu dəf edir. Hazırda Millerovo ərazisində artıq 8 PUA vurulub. Operativ məlumatlara görə, xəsarət alan yoxdur, yerdəki nəticələr haqqında məlumat dəqiqləşdirilir”, – o qeyd edib.
Rusiya Müdafiə Nazirliyi isə region səmasında cəmi doqquz dronun vurulduğunu
Yerli teleqram kanallar şahidlərə istinadən atəş nəticəsində Millerovo şəhərinin küçələrindən birində yanğın başladığını yazıb. Millerovo Kazak Kadet Peşə Texnikumunun binası da zərər görüb. Tələbələr yataqxanalardan təxliyə edilib. Atəş səbəbindən Taqanroq və Rostov şəhərlərində hava həyəcanı siqnalları işə salınıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko Millerovo aerodromunun Rusiya üçün strateji əhəmiyyətini
Digər yerli teleqram kanalı Morozovskdakı hərbi aerodromun da zərbə aldığını bildirsə də, bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, dekabrın 18-də Rusiyanın cənub hissəsinin ən böyük kimya müəssisələrindən biri olan “Kamenski Kombinatı” raket hücumuna məruz qalmışdı. Növbəti gün, dekabrın 19-da Ukrayna qüvvələri 30-dan çox dron və üç raketdən istifadə edərək kütləvi zərbə endirmişdi. Nəticədə Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından birində yanğın baş vermişdi. Hücumdan sonra zavod neftin ilkin emalı üzrə hər iki qurğunun işini dayandırmışdı.
Ukrayna tərəfindən artan hücumlar səbəbindən yerli hakimiyyət mobil internet və rabitənin işini məhdudlaşdırmaq qərarına gəlib. Rabitə operatorlarından birinin nümayəndələri bildiriblər ki, bu tədbirlər təhlükəsizliyin təmin edilməsinə yönəlib. Digər operator dəqiqləşdirib ki, 3G və 4G şəbəkələrinin sürətinin azaldılması da daxil olmaqla məhdudiyyətlər gecə saatlarında, gecə yarısından səhər saat beşədək qüvvədə olacaq.