Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk Neft Emalı Zavoduna (NEZ) dron hücumu olub.
“Report” xəbər verir ki, regionun qubernatoru Yuri Slüsar sənaye müəssisəsinə dron hücumu və sonrakı yanğın faktını
“Novoşaxtinskdə PUA hücumu nəticəsində Novoşaxtinsk Neft Məhsulları Zavodunda yanğın baş verib. Xilasetmə qrupları hadisə yerinə yollanıb. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir”, – Slüsar teleqramda yazıb.
Bölgənin xəbər teleqram kanalları yerli sakinlərin Novoşaxtinsk NEZ ərazisində onlarla partlayış səsi eşitdiyini yazıblar. Bunların həm Rusiya HHM sistemlərinin, həm də hədəfə çatan dronların partlayışları olduğu güman edilir.
Bəzi teleqram kanalları zərbənin həm dronlar, həm də raketlərdən istifadə edilməklə kombinə edilmiş olduğunu irəli sürsə də, lakin bu məlumatın hələ təsdiqlənmədiyini qeyd ediblər.
Dekabrın 18-də günorta Ukrayna ordusu Novoşaxtinskə qonşu olan Kamensk-Şaxtinsk şəhəri ərazisinə raket zərbəsi endirmişdi. Slüsar on raketin vurulduğunu açıqlamışdı.
Ukraynaya bağlı qeyri-rəsmi mənbələr hədəfin kimya kombinatı olduğunu iddia edirlər. Fəsadlar barədə məlumat yoxdur, Rusiya iqtidarı yalnız düşən qalıqların yaşayış sektorunda kiçik dağıntılar törətdiyini bildirmişdilər.
Xatırladaq ki, dekabrın 11-də Qara dəniz sahilində yerləşən Taqanroq şəhərinin (Rostov vilayəti) raket atəşinə tutulması nəticəsində sənaye müəssisəsinə ziyan dəymişdi.