Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib

Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb.
Region
20 Sentyabr , 2021 12:18
Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib
Ramzan Kadırov

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ramzan Kadırov yenidən Çeçenistanın başçısı seçilib. 

Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını elan edib. 

Qeyd edək ki, R.Kadırov 1976-cı ildə anadan olub. O, 2004-cü ildən Çeçenistana rəhbərlik edir.  

R.Kadırov 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olmuş Əhməd Kadırovun oğludur. Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.

Son xəbərlər

Orphus sistemi