Qırğız Respublikasında seçkilərin nəticəsinə etiraz mitinqi keçirilir

Qırğız Respublikasında seçkilərin nəticəsinə etiraz mitinqi keçirilir Bişkekdə parlament seçkilərinin nəticələrinə etiraz aksiyası keçirilir.
Region
5 Oktyabr , 2020 12:33
Qırğız Respublikasında seçkilərin nəticəsinə etiraz mitinqi keçirilir

Qırğız Respublikasının paytaxtı Bişkekdə parlament seçkilərinin nəticələrinə etiraz aksiyası keçirilir.

“Report” TASS-a istinadən xəbər verir ki, etiraz aksiyasını Qırğızıstan Sosial Demokratlar Partiyasının tərəfdarları təşkil edib.

“Biz seçkilər zamanı çoxsaylı qanun pozuntularına yol verildiyi üçün bu siyasi kampaniyanın nəticələrini legitim saymırıq”, - siyasi təşkilatın üzvü İrina Karamuşkina bildirib.

Sosial Demokrat Partiyası ilə yanaşı, seçkilərdə uduzmuş Ata Məkan Partiyası da nəticələrə etirazını bildirib.

Qeyd edək ki, oktyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Parlamentdəki 120 yer uğrunda 16 partiya mübarizə aparıb. İlkin məlumata görə, 46 deputatla ən çox yeri Birimdik Partiyası qazanıb. Sonrakı yerlərdə 45 deputatla Mekenim Qırğızıstan Partiyası, 13 deputatla Butun Qırğızıstan Partiyası gəlir. Ancaq bu partiyalar 7 faizlik seçki baryerini aşa bilib. Bununla belə, onların heç biri təkbaşına hökuməti formalaşdıra bilməyəcək. Ona görə də Qığrızıstanda koalisya hökumətinin qurulacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi