Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Qırğızıstan-Tacikistan sərhədində atışma olub Qırğız Respublikası ilə Tacikistan sərhədində atışma olub.
Region
242
24 İyul , 2021 12:02
Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Qırğız Respublikası ilə Tacikistan sərhədində atışma olub.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Qoşunları Xidmətindən “24.kg”yə bildirilib.

Məlumata görə, hadisə Batken rayonunun Qum-Mazar məntəqəsində baş verib. Tacikistan vətəndaşları Qırğız Respublikasından xəbərsiz məntəqənin qumdan təmizlənməsi ilə məşğul olublar. Hadisə yerinə Qırğızıstan tərəfdən sərhədçilər, yerli hakimiyyət orqanlarının nümayəndələri gedib. Qırğız tərəfin Tacikistan vətəndaşlarına işi dayandırmaqla bağlı tələblərinə qarşı tərəf məhəl qoymayıb. Bundan sonra tərəflər arasında əlbəyaxa dava düşüb.

Münaqişəni yatızdırmaq üçün Qırğızıstan sərhədçiləri havaya atəş açıb. Qarşı tərəfin hərbçiləri də cavab atəşi açıblar. Qum-Mazarda tərəflərin rəsmi nümayəndə heyətlərinin görüşü keçirilib. Hazırda vəziyyətin normallaşdığı bildirilib.

Son xəbərlər

Orphus sistemi