Qırğızıstan Prezidenti “Baykar”ın rəhbəri ilə hərbi-texniki əlaqələri müzakirə ediblər

Qırğızıstan Prezidenti “Baykar”ın rəhbəri ilə hərbi-texniki əlaqələri müzakirə ediblər Qırğızıstan Prezidenti Sadır Japarov və Türkiyənin “Baykar Technology” şirkətinin Direktorlar Şurasının sədri Selçuk Bayraktar hərbi-texniki tərəfdaşlığın dərinləşdirilməsi və müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ed
Region
9 Oktyabr , 2024 15:57
Qırğızıstan Prezidenti “Baykar”ın rəhbəri ilə hərbi-texniki əlaqələri müzakirə ediblər

Qırğızıstan Prezidenti Sadır Japarov və Türkiyənin “Baykar Technology” şirkətinin Direktorlar Şurasının sədri Selçuk Bayraktar hərbi-texniki tərəfdaşlığın dərinləşdirilməsi və müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

S.Japarov vurğulayıb ki, “Baykar Technology” kimi beynəlxalq şirkətlərlə əməkdaşlığın gücləndirilməsi ölkənin müdafiə qabiliyyətinin artırılmasında, milli hərbi-sənaye kompleksinin inkişafında və regional təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır.

Öz növbəsində, S.Bayraktar şirkətin Qırğızıstanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd edib. O, prezidentə qanadlarında “Manas” dastanından əsas məqamların təsvir olunduğu “Akıncı” pilotsuz uçuş aparatının maketini hədiyyə edib.

Bundan əlavə, S.Japarov Qırğızıstanın müdafiə qabiliyyətinin və hərbi potensialının gücləndirilməsinə verdiyi mühüm töhfəyə görə S.Bayraktara “Dank” ordenini təqdim edib.

Son xəbərlər

Orphus sistemi