Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 756-ya çatdı

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 756-ya çatdı Qırğız Respublikasında daha 10 nəfərdə koronavirus aşkarlanıb.
Region
1 May , 2020 09:24
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 756-ya çatdı

Qırğız Respublikasında daha 10 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 756-ya yüksəlib.

Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 504 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 308 000-i ötüb. Bunların 1 042 981 nəfəri sağalıb, 234 123 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi