Qazaxıstanın 3 regionunda fövqəladə vəziyyət ləğv edilir

Qazaxıstanın 3 regionunda fövqəladə vəziyyət ləğv edilir Qazaxıstan hakimiyyəti yanvarın 13-dən üç regionda fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.
Region
12 Yanvar , 2022 19:27
Qazaxıstanın 3 regionunda fövqəladə vəziyyət ləğv edilir

Qazaxıstan hakimiyyəti yanvarın 13-dən üç regionda fövqəladə vəziyyəti ləğv etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti açıqlayıb.

Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətləri sabahdan adi rejimə qayıdır.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi