Qazaxıstanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb Hadisə Almatı şəhərindən 43 km aralıda baş verib
Region
10 Avqust , 2017 11:15
Qazaxıstanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Bakı. 10 avqust. REPORT.AZ/ Qazaxıstanın “Azem” aerodromunda “Texnam 2002” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində təlimçi-pilot və kursant ölüb. Təyyarə Mülki Aviasiya Akademiyasına məxsus olub. Hava limanı Almatı şəhərindən 43 km aralı yerləşir.

Məlumata görə, hadisə “Texnam 2002” təlim-məşq tapşırığı uçuşunu icra edəndən sonra baş verib. Təyyarə aerodromdan 2 km aralıdakı əraziyə düşüb.  

Son xəbərlər

Orphus sistemi