Qazaxıstanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı Qazaxıstanda son sutkada 2 nəfər pandemiyanın qurbanı olub.
Region
24 Aprel , 2020 09:41
Qazaxıstanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı

Qazaxıstanda son sutkada 2 nəfər pandemiyanın qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 22-yə yüksəlib.

Mərkəzi Asiya ölkəsində indiyədək 2 344 yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 726 000-i ötüb. Bunların 749 539 nəfəri sağalıb, 191 063 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi